Mobil telefon

Smartfon bazarının şəriksiz lideri - Apple

11 Mart 2017 08:51
1 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Strategy Analytics" şirkətinin qiymətləndirməsinə əsasən ötən il dünya üzrə smartfon bazarı 53,7 milyard dollar gəlir əldə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu miqdarın 44,9 milyard dolları "Apple"ın payına düşüb. Analitiklər "Apple"ın istehsal xərclərini azaldaraq öz məhsullarını yüksək qiymətə satmaq bacarığını xüsusi qeyd edirlər.  
 
"Samsung Electronics" ötən il smartfon bazarında 8,3 milyon dollar gəlirlə 14,6 faiz paya sahib olub. 1,6 faiz payla üçüncü yeri "Huawei" şirkəti tutub. Onun ardınca isə "Oppo" və "Vivo" şirkətləri gəlir ki, onlar da müvafiq olaraq 1,5 və 1,3 faiz bazar payına malikdir.
 
Qeyd edək ki, ötən ilin dördüncü rübündə "Apple" dünya smartfon bazarı üzrə gəlirlərin 92 faizini əldə edib. "Strategy Analytics" şirkətinin yeni məlumatları isə göstərir ki, bütün 2016-cı il ərzində dünya smartfon bazarının 79,2 faizi "Apple"a məxsus olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.