Mobil telefon

Yeni “Nokia 3310”a böyük tələbat yaranıb

11 Mart 2017 08:41
2 Şərh     Baxış: 1 228

Əfsanəvi "Nokia 3310" modelinin yenilənmiş versiyasına sifarişlərin sayı gözləntiləri üstələyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Carphone Warehouse" onlayn mağazasının nümayəndələri bildiriblər.
 
Mənbə dəqiq məlumatlar verməsə də, cihaza böyük tələbatın olduğunu söyləyib.
 
Yeni ""Nokia 3310" Barselonadakı "MWC 2017" sərgisi zamanı təqdim edilib. Tərtibatçılar tanınmış modeli yeni plastiklə təchiz edib və dizaynı üzərində ciddi işləyiblər.
 
Qeyd edilir ki, telefonunun təqdimatından sonra "Nokia" brendi ilə bağlı axtarış sistemlərində sorğular təxminən 800 faiz artıb. Bununla belə, əksər istifadəçilər "Snake" oyunu ilə maraqlanıblar.  
 
Adıçəkilən telefon bir sıra çatışmazlıqlara da malikdir. Onların arasında bu seqment üçün qiymətin yüksək olması, həmçinin yalnız GSM 900 və 1 800 MHs şəbəkəsində işləməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Anonim · 11 Mart 08:4200

    Size xəbər necə vermək olar?yeni xeberler var məndə

    Cavab yaz
    • Anonim
      Anonime · 11 Mart 11:1600

      Ustuqacsan?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.