Mobil telefon

Dünyada ilk 5G şəbəkəsi istifadəyə verildi

28 Fevral 2017 07:41
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ərazisində "5G" rabitə standartı üçün dünyada ilk kommersiya şəbəkəsi istifadəyə verilib. Müvafiq texnologiya infrastrukturu "Verizon Communications" operatoru tərəfindən yaradılıb.
 
"5G şəbəkələri artıq adi reallıqdır. Başqa operatorlar "5G" rabitə standartına keçid haqqında düşünərkən biz ABŞ-ın 11 şəhərində yeni nəsil rabitə şəbəkəsini işə salmışıq" - "Verizon Communications" korporasiyasının nümayəndələri deyiblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Verizon" şirkətindən bildirilib ki, ABŞ-da "5G" şəbəkəsi test rejimində işləyir: yəni yüksəksürətli məlumatların ötürülməsi zamanı qeyri-sabitlik müşahidə oluna bilər. Bununla belə "5G" şəbəkəsinin işi hər ötən gün daha da sabitləşir.
 
"5G" kommersiya şəbəkəsi məlumatları saniyədə 10 qiqabit sürətlə ötürməyə imkan verir.
 
Mütəxəssislər əmindirlər ki, "5G" interneti ən yeni texnologiyaların inkişafına güclü təkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.