Mobil telefon

Huawei Honor V9 təqdim olundu

25 Fevral 2017 07:22
2 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Huawei" şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl "Honor V9" smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu 2,4 QHs-dək takt tezlikli 8 nüvəli "Kirin 960" prosessoru ilə təchiz edilib və "EMUI 5.0" interfeysli "Android 7.0 Nougat" mobil əməliyyat sistemi ilə işləyir.

Bundan başqa, yeni aparat iki sensorlu (hər biri 12 meqapiksel) əsas kamera və 8 meqapiksellik ön kamera, barmaq izi skaneri, "4G LTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.1 LE" və "GPS" simsiz kommunikasiya texnologiyaları ilə təchiz edilib.

5,7 düymlük ekranın təsvir ölçüsü 2560x1440 pikseldir. Əməli və daimi yaddaşın maksimal tutumu müvafiq olaraq 6 və 128 QB-dır. Həmçinin çıxarıla bilən "microSD" daşıyıcıları üçün slot var.

Qurğunun fiziki ölçüləri 157x77,5x7 mm, çəkisi 184 qr-dır. Akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Telefon göy, qırmızı, qara və qızılı rəngli korpuslarda satışa çıxarılacaq.

"Huawei Honor V9" qurğusunun qiyməti hələ ki yalnız Çində məlumdur: 64 QB-lıq fləş daşıyıcı və 4 QB-lıq əməli yaddaş qurğusunun qiyməti 378 dollardır. Maksimum yaddaş tutumu ilə təchiz edilmiş versiyanın qiyməti 510 dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.