Mobil telefon

Mediatek çiplərini bəyənmirlər

23 Fevral 2017 08:01
1 Şərh     Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfon istehsalında ixtisaslaşan əksər aparıcı şirkətlər 10 nüvəli "MediaTek" çipsetlərinin tətbiqindən imtina etməklə bağlı qərar qəbul edib. İmtinaya səbəb kimi məhsuldarlığın cüzi yaxşılaşdırılmasına baxmayaraq qurğuların qızması və yüksək rəqabətqabiliyyətlilik göstərilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çinin "Meizu" şirkəti 10 nüvəli "MediaTek" çipsetlərdən imtina etməyən yeganə istehsalçı olacaq. "Helio X30" qurğusu istehsalçılar tərəfindən bütün əvvəlki çatışmazlıqların nəzərə alındığı sonuncu məhsuldur.

Lakin Çinin "Vivo", "Oppo", "Xiaomi" və "LeEco" kimi digər şirkətləri 10 nüvəli çipdən imtina etmək qərarına gəliblər. Şirkət nümayəndələri diqqəti mikroçipin onların istədiyi səviyyədə etibarlı və məhsuldar olmamasına yönəldiblər.

Bununla əlaqədar olaraq "Taiwan Semiconductor Manufacturing Company" zavodunda 10 nüvəli "MediaTek" çipsetlərinin istehsalı iki dəfə azaldılıb.

Qeyd edək ki, sonuncu 10 nüvəli qurğu olan "Helio X30" smartfonu əvvəlki qurğulardan daha stabil ola bilər. Bundan sonra "Meizu Pro 7" 10 nanometrlik texnoloji prosesin istifadə edildiyi yeganə model olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.