Mobil telefon

Samsung Galaxy S8-də hansı akkumulyator olacaq?

21 Fevral 2017 07:33
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Galaxy Note 7" smartfon modelinin öz-özünə alışması nəticəsində uğursuzluğa görə milyardlarla ziyanla üzləşən Cənubi Koreyanın "Samsung" şirkəti hadisənin təkrarlanmaması üçün özünü maksimum qorumaq qərarına gəlib. Bununla əlaqədar olaraq bu yaxınlarda təqdimatı gözlənilən "Galaxy S8" smartfonu üçün akkumulyator batareyalarının sınaqları diqqətlə yoxlanılır. Həmçinin "Samsung" rəhbərliyi batareya tədarükçülərini şaxələndirməklə bağlı qərar qəbul ediblər. Onlar arasında Yaponiyanın "Sony" şirkəti də yer alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Sony" akkumulyatorlarının yeni smartfon modelində "Samsung"un öz texnologiyası ilə birlikdə istifadəsi gözlənilir. Bundan başqa, Cənubi Koreya istehsalçısı Yaponiyanın daha bir akkumulyator tədarükçüsü olacaq "Murata Manufacturing" şirkəti ilə saziş imzalayıb.

Cənubi Koreya istehsalçısı "Galaxy S8" smartfonunun fevralın 27-də Barselonada (İspaniya) baş tutacaq "MWC 2017" sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.