Mobil telefon

Smartfon sahibləri üçün xüsusi işıqfor

18 Fevral 2017 08:41
1 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandın Bodeqraven-Reuveyk şəhərində piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə küçələrdə hərəkət edən zaman diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi svetofor quraşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xüsusi işıqfor yerə diqqətini mobil qurğu ekranından ayıra bilməyən insanların görə biləcəyi parlaq qırmızı və ya yaşıl rəngli zolağı proyeksiya edir. İşıqfor ümumi təhlükəsizlik üçün quraşdırılıb. Çünki avtomobili idarə edən zaman insanların diqqətini yayındıran smartfon bunu yeriyərkən də edə bilər.  

Məlumata görə, hazırda yalnız şəhər məktəblərindən birinin yaxınlığında quraşdırılan sistemin tezliklə başqa yerlərdə istifadəyə veriləcəyi gözlənilir. Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.