Mobil telefon

Unikal smartfon göstəriləcək

18 Fevral 2017 08:11
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "ZTE" şirkəti "MWC" sərgisində dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonu nümayiş etdirməyi planlaşdırır.

"ZTE Gigabit Phone" smartfonu saniyədə 1 Qbit sürətlə internetə qoşulacaq. İstehsalçının məlumatına görə, bu sürət virtual reallıqda 360 dərəcəlik axınlı videoları və ultra yüksək təsvir ölçülü çarxları izləməyə imkan verəcək. Telefon ABŞ və Avstraliya bazarları üçün nəzərdə tutulub, çünki beşinci nəsil şəbəkələri ilk öncə adı çəkilən ölkələrdə əlçatan olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ehtimal ki, sözügedən smartfon "Qualcomm" şirkətinin "Snapdragon 835" çipi ilə işləyəcək. Bu çipin modulu artıq 1 Qbit/s-lik internet sürətini dəstəkləyir.

27 fevral tarixində  Barselonada start götürəcək "MWC" sərgisində "ZTE Gigabit Phone" haqda bütün təfərrüatlar məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.