Mobil telefon

Skype-ın rəqibi hazırlandı

18 Fevral 2017 07:11
2 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən "Chime" proqramını istifadəyə verib. "Amazon Web Services"in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Chime" proqramı korporativ bazar üçün nəzərdə tutulub. "Amazon"un rəsmisi məlumat verib ki, tamamilə "sıfırdan" yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla keçid etməyə imkan verir. "Chime" tətbiqində istifadəçi müşavirəyə gecikdiyi halda xəbərdarlıq göndərmək, cari statusu göstərmək (məsələn, "məşğuldur", "şəbəkədə" və ya "yoxdur"), ekranı həmsöhbətə göstərmək, həmçinin danışıq iştirakçılarından birinin mikrofonunun səsini almaq mümkündür. Həmçinin sənədlərin bərkidilməsi funksiyasına malik çat əlçatandır.

"Chime" proqramı "Android" və "iOS" sistemi ilə işləyən qurğularda, həmçinin "Mac" və "Windows" kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı seçmək lazımdır. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası ("Basic Edition") pulsuzdur. "Plus Edition" versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. "Pro Edition" versiyasının dəyəri 15 dollardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.