Mobil telefon

Batareyalar sudan hazırlanacaq

16 Fevral 2017 08:51
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung Galaxy Note 7" smartfonu (bu model çoxsaylı alışma səbəbindən bazardan geri çağırılıb) ilə məlum hadisələrdən sonra təhlükəsiz enerji mənbələrinin yaradılması üzərində işlər fəallaşıb. Harvard Universitetindən olan alimlər komandası, məsələn, su məhlulları əsasında axın batareyası düzəldiblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, üzvi elektrolit və ferrosendən ibarət su məhlulu əsasında hazırlanmış yeni konstruksiyada əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Alimlər elektrolitlərin tərkibində istifadə olunan molekulyar məhlulları dəyişərək onları suda həll olunan formaya salıblar.

Nəticədə alimlər "pH" neytral göstəricisinə malik qeyri-aqressiv maddələrlə doldurulmuş batareya hazırlayıblar. Yeni elementlər gec xarab olur.

Yeni batareyaların istehsalı və texniki xidməti litium-ion batareyalarla müqayisədə ucuz başa gəlir. Ekspertlərin fikrincə, bu, alternativ qurğularda (günəş və külək stansiyaları) enerjinin toplanılması üçün əla vasitədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.