Mobil telefon

Saxta qurğular aşkarlanacaq

16 Fevral 2017 08:59
0 Şərh     Baxış: 8 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları saxta simsiz enerjidoldurma qurğuları ilə bağlı problemin həlli üçün nəzərdə tutulan yeni simsiz enerjidoldurma metodu icad ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniya Ticarət Standartları İnstitutu tərəfindən ötən il keçirilən sınaqların nəticələrinə görə, internet mağazalarında alınan 400 saxta enerjitoplama qurğusunun 397-si baza təhlükəsizlik testindən keçməyib. Problemin həlli üçün "MIT" mütəxəssisləri "Elliptik əyri kriptoqrafiya" kimi tanınan kriptoqrafik autentifikasiya üsulundan istifadə edən simsiz enerjidoldurma qurğusu yaradıblar. Bu proses sayəsində qurğu simsiz enerjidoldurma stansiyasının təhlükəsizliyini yoxlaya və yoxlanışdan keçməyən stansiyanın enerji ilə doldurulmasını dayandıra bilər.

Metod yaradıcılarının sözlərinə görə, texnologiya daha bir üstünlüyə malikdir. Belə ki, eyni vaxtda iki qurğunun enerji ilə doldurulması daha bərabər tempdə ediləcək. Simsiz enerjidoldurmanın hazırkı effektivliyi qurğunun daxili elektrik enerjisinə yaxın olmasından asılı olduğu halda yeni həll bütün enerjinin bir qurğuya doldurulmamasına nəzarət edəcək.

Yeni texnologiyanın kommersiya qurğularına tətbiq edilməsi planları barədə hələlik məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.