Mobil telefon

Nokia P1-in texniki göstəriciləri sızdırıldı

19 Yanvar 2017 21:25
0 Şərh     Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Worket"-in iddialarına görə "Nokia", üst təbəqəyə xitab edəcəyi "Nokia P1"-i tanıdacaq. Ortaya çıxan xüsusiyyətləri ilə diqqət çəkən "Nokia P1", əgər qəbul edilərsə iddialı şəkildə bazara daxil olacaq!

"Nokia"nın yeni admiral gəmi smartfonunu Barcelona-da keçiriləcək olan "MWC 2017" mərasimində tanıdacağı gözlənilir. Tanıdılacaq olan "Nokia"-nın yeni admiral gəmisi haqqında xəbərlər gəlməyə davam edir.

Fərqli üstünlüklərlə istifadəçilərin qarşısına çıxaraq, rəqiblərinin qorxulu yuxusu olmağı hədəfləyən "Nokia"-nın admiral gəmisi haqqında yeni iddialar ortaya atıldı.

Ortaya atılan iddialara görə keçən ilin yaz aylarından xatırlayacağınız üzrə "Nokia P1"yenidən gündəm mövzusu oldu. Yeni telefonun adı "Nokia P1-mi yoxsa Nokia 8- mi?" olacaq sualları hələdə beynimizdə gəzərkən yeni bir iddia bu mübahisələri yenidən qızışdırdı.

Rus xəbər saytı Worket-ə görə "Nokia P1", "MWC 2017"-də tanıdılacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, "Snapdragon 835" prosessoruna malik olan Nokia P1, 6GB RAM və 256 GB-a qədərdaxili yaddaş həcminə sahib olacaq.

"Nokia"-nın yeni smartfonunun "22.6 MP" arxa kamerasının "Zeiss sertifikatlı" olması gözlənilir. Əlavə olaraqda suya və toza qarşı dayanıqlı (IP57 sertifikatı) olduğu iddia edilir.
Nokia P1-də5.3 düym Gorilla Glass 5 ekranın yanında, barmaq izi oxuyucusunun da olması gözlənilir. "P1"-in istifadəçilərin qarşısına isə 3500 mAh-lıq bir batareya ilə çıxacağı da sözü gedən detallar arasında yer alır. Əlavə olaraqda "Nokia P1"in də, yeni ağıllı telefonların olmazsa olmazı olan sürətli şarj xüsusiyyətinə sahib olacağı təxmin edilir.

"Android 7.0"ilə qutudan çıxması gözlənilən Nokia P1-in 128 GB-lıq modeli şaiələrə əsasən "800 dollarlıq" bir satış qiyməti ilə bazara cıxacağı təxmin edilir. Digər tərəfdən isə "256 GB"-lıq modeli "950 dollardan" satışa çıxarılacaq.

Nokianın vəzifəli şəxsləri, iddia edilən bu xüsusiyyətləri təsdiqləmədi. Hələki bu xəbərlər şaiələrdən ibarətdir amma, Nokia tərəfi qarşıdakı günlərdə bu mövzu haqqında rəsmi açıqlama verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.