Mobil telefon

iPhone 8 haqqında məlumatlar sızdırılıb

19 Yanvar 2017 21:55
1 Şərh     Baxış: 3 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il "Apple"şirkəti iPhone modelinin 3 versiyasını təqdim edəcək.

4.7 iç və 5.5 inç ekrana sahib modellər bazardakı iPhone 7 və iPhone 7 Plus modellərini əvəz edəcək. Lakin marağı cəlb edəcək versiya 5.8 inç ekrana sahib iPhone 8 modeli olacaq. Məlumata əsasən həmin model ekranla "bükülü" olacaq. Mütəxəssislərin fikrincə bu halda "bükülü" sözünün hansı mənada işləndiyini bilmirlər. Bu istənilən xüsusiyyət ola bilər. Sadəlik üçün 5.8 inç-lik modeli, iPhone X adlandırırlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, o, digər modellərdən çox fərqlənəcək. Çox güman ki, iPhone X-in ekranı çərçivəsiz olacaq. Touch ID barmaq izi skanı, selfie və FaceTime videoəlaqə özəlliyinə sahib olacaq ön kameranın birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir. Bundan əlavə olaraq ön kamera həmçinin göz qişası skanına və jestlərin idarəolunması üçün nəzərdə tutulmuş lazer sensora sahib olacaq. Ən əsası isə yeni model, naqilsiz şarj funksiyası ilə təchiz olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.