Mobil telefon

Tanış olun: Samsung Galaxy S8-in ilk VİDEOsu

19 Yanvar 2017 22:55
1 Şərh     Baxış: 6 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkətinin şöbəsi olan Samsung Display yeni AMOLED panellərin videolarını təqdim edib.
Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim olunmuş videolarda gizli smartfonu görmək olar. Mütəxəssislərin fikrincə videolarda görünən smartfon, hələki anonsu olmayan Galaxy S8-dir. Nazik çərçivələ sahib və "Home" düyməsindən məhrum olunmuş smartfonun bundan əvvəl fotoları sızdırılmışdır. Videolarda görüntülənən smartfon həmin sızdırılmış fotolardakı modelə çox bənzəyir. Ola bilər ki, videolarda sadəcə olaraq Galaxy S8-in prototiplərindən biri təqdim olunmuşdur. Şirkətin, öz AMOLED panellərini, kənar smartfon istehsalçısının məhsulu vasitəsilə reklam etməsi ehtimalı da çox azdır. Yeni "Samsung" flaqmanının digər özəlliklərini də görmək olar. Belə ki, ön panelin yuxarı hissəsində səsgücləndirici, smartfonun kənarlarında isə USB Type-C və 3.5 mm-lik audiogiriş var. Yeni model Galaxy S7-dən daha nazik görünür. Şirkət, Galaxy S8-i Mart ayının sonunda təqdim etməlidir. Onun satışları isə Aprel ayında başlaya bilər. Həmçinin onun qiymətinin 850$ güman olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Samsung показала главное преимущество Galaxy S8 над iPhone 7 -1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.