Mobil telefon

Bu qurğu smartfonları sürətləndirir

21 Yanvar 2017 08:41
0 Şərh     Baxış: 10 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toshiba" şirkəti "Canvio for Smartphone" adlı xarici daşıyıcının tədarükünə başlayıb. Yeni cihaz "USB-C" və ya "USB-A" konnektorları vasitəsilə qoşulma zamanı "Android" mobil sistemli smartfonu enerji ilə doldurmaqla yanaşı, aparatdakı məlumatların ehtiyat surətini yaradır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni cihazın prototipi Berlində keçirilmiş "IFA-2016" sərgisində nümayiş etdirilib. Görünüşcə ağ nəlbəkini xatırladan qurğu eyni zamanda həm kabellə qoşulmuş smartfonu enerji ilə doldurur, həm də istifadəçi məlumatlarının (kontakt, sənəd, musiqi, video) ehtiyat surətini daxili sərt diskdə saxlayır. Bunun üçün öncədən aparata proqram quraşdırmaq lazımdır.

"Toshiba" şirkəti tərəfindən hazırlanmış həll məlumatların saxlanılmasını  mobil telefonun gündəlik şarjı kimi adiləşdirmək üçün nəzərdə tutulub. Bundan başqa, sözügedən qurğudan istifadəçi məlumatlarının bir smartfondan başqasına daşınması üçün istifadə etmək olar. Bu zaman məlumatlara fərdi kompüterdən müraciət mümkündür. "Canvio" qurğusu eyni anda bir neçə mobil telefonun məlumatlarının ehtiyat surətini saxlaya bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.