Mobil telefon

iOS, yoxsa Android?

19 Yanvar 2017 07:11
0 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"App Store" və "Google Play" əlavələr mağazalarının 2016-cı ilin dördüncü rübünün yekunlarına görə xalis mənfəəti 8,7 milyard dollara çatıb ki, bu da illik ifadədə 67 faizlik artıma bərabərdir. Bu barədə "Sensor Tower" tədqiqat şirkətinin hesabatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklər "Apple" və "Google" şirkətləri tərəfindən əlavələr mağazaları hesabına əldə edilən mədaxil üzrə hesabat dərc ediblər. "Apple" şirkətində illik gəlir 5,4 milyard olmaqla artım 60 faiz təşkil edib, "Google"da isə mədaxil 3,3 milyard dollar, artım 82 faiz olub.

Hesabata görə, ötən ilin sonuncu rübündə 19,2 milyard əlavə yüklənib (artım 17 faiz), il ərzində ümumilikdə istifadəçilər 80 milyarddan çox proqram quraşdırıblar.

2016-cı ildə ən çox yüklənən əlavə rəsmi "Facebook" proqramı olub. İkinci yerdə "Facebook Messenger", üçüncüdə "WhatsApp" qərarlaşıb.

Ən gəlirli əlavələrə gəldikdə, birinci yeri "Spotify" servisinin proqram təminatı tutub. İkinci pillədə "Line", üçüncüdə "Netflix" yer alıb. Həm bu, həm də digər reytinqə oyun proqramları daxil edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.