Mobil telefon

Smartfonlar şüanı tapacaq

17 Yanvar 2017 07:22
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmləri və Texnologiyalar laboratoriyası tərəfindən smartfonlar üçün hazırlanmış yeni mobil proqramın köməyi ilə pilotlar və aeroport işçiləri gözqamaşdırıcı lazer şüasının mənbəyini yüksək dəqiqliklə müəyyənləşdirə biləcəklər. "Aviation Week" nəşri yazır ki, "LERapp" adlandırılmış mobil proqram hazırda sınaqdan keçirilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son bir neçə ildə qəsdən mülki təyyarə pilotlarının gözlərini qamaşdırmaq üçün lazerlərdən istifadə halları artıb. Məsələn, Böyük Britaniyada 2009-cu ildən təxminən 10 min təyyarə lazer şüasının hücumuna məruz qalıb. Bu halda yalnız bir neçə nəfər məsuliyyətə cəlb edilib.

Lazer şüasının köməyi ilə pilotların gözlərini qamaşdıran cinayətkarı cəzalandırmaq son dərəcə çətindir, çünki onu tutmaq üçün yüksək dəqiqlikli avadanlıq lazımdır ki, cinayətkarın olduğu yeri dəqiq müəyyənləşdirsin. Bundan başqa, Britaniya polisi iddia edir ki, hətta cinayətkarı tutduqdan sonra onun günahını sübut etmək çətindir.

Lazer şüasının mənbəyini müəyyənləşdirən yeni "LERapp" mobil proqramı smartfonun kamerasından və "GPS" sensordan istifadə edir. Bundan sonra cinayətkarın koordinatı polis bölməsinə verilir. Sözügedən mobil proqram cari ilin yayında yükləmə üçün əlçatan olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.