Mobil telefon

Apple yazda yeniliklərini təqdim edəcək

12 Yanvar 2017 08:11
0 Şərh     Baxış: 6 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"KGI Securities" şirkətinin tanınmış analitiki Min-Çi Kuonun "9to5Mac" nəşri üçün yeni proqnozuna əsasən, "Apple" şirkəti cari ilin yazında üç yeni "iPad" modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük "iPad" modeli "A10X" prosessoru ilə işləyən "iPad Pro" modelinin ikinci nəslidir.

9.7 düymlük "iPad" modeli ilk dəfə 2015-ci ildə "iPhone 6S" və "6S Plus" smartfonlarında tətbiq edilmiş "A9" prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik "high-end" sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin "A10X" prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə "iPad" planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.