Mobil telefon

Galaxy S8 Edge modelinin ilk fotosu sızdırıldı

29 Noyabr 2016 08:11
0 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumata əsasən "Samsung" şirkəti Barselonada keçiriləcək Mobile World Congress 2016 tədbirində Galaxy S8 Edge smartfonunu təqdim edəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfonun ilk fotosu Weibo sosial şəbəkəsində paylaşılıb. Paylaşılmış foto çox güman ki, smartfonun reklam çarxından götürülmüşdür. Yeni cihazın dizaynı əvvəlki modellərə bənzəyir. Buna baxmayaraq göründüyü kimi smartfon ikili arxa kameraya sahib olacaq. Çox güman ki, bu cür kamera yalnız Galaxy S8 Edge-də olacaq. Sadə Galaxy S8 isə bir kamera ilə təchiz olunacaq. İkili arxa kamera bir tərəfdən Huawei Mate 9-a bənzəyir, lakin iPhone 7 Plus-dan fərqlənir. Galaxy S8 Edge-in ekran ətrafındakı çərçivələr daha nazik olacaq. Ənənvi "Home" düyməsi fotoda yoxdur. Görünür onu ekranın alt hissəsinə quraşdırılmış ultrasəs barmaq izi skanı əvəz edəcək. "Home" düyməsi isə virtual formatda olacaq. Daha əvvəlki məlumatlara əsasən Galaxy S8 Edge Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Həmçinin o, 6 GB RAM və 64/256 GB daxili yaddaşa sahib olacaq. Ekranların ölçülərinə gəldikdə isə Galax S8, 5.7 inç, Galaxy S8 Edge isə 6.2 inç ekrana sahib olacaq.

Mill.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.