Mobil telefon

Dünya əhalisinin üçdə biri smartfon istifadəçisidir

23 Oktyabr 2016 20:02
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda dünya əhalisinin 31 faizi fəal smartfon istifadəçisidir, 2016-cı ildə onların sayı 2,1 milyard nəfər təşkil edib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  "Apple" şirkəti bu bazarda ən böyük paya malikdir. Onun payı 34,8 faizdir, sonrakı yeri 23,3 faiz göstərici ilə "Samsung" şirkəti tutur.

Mobil bazarın 2016-cı ildə ümumi qazancı təxminən 45 milyard dollar təşkil edib. Maraqlıdır ki, bu gəlirin 82 faizi oyunlardan əldə olunub. Analitiklər bu bazarda böyük artım olacağını proqnozlaşdırırlar. Onların fikrincə, 2020-ci ilə qədər bu sahənin ümumi qazancı 80 milyard dollar təşkil edəcək.

Tədqiqatlar müəyyən edib ki, dünya əhalisinin 31 faizi (2,1 milyard insan) aktiv smartfon istifadəçisidir və onların sayı durmadan artır. Ən iri bazar Çin bazarıdır. Məhz bu ölkə smartfon istehsalçılarına ən böyük qazancı - 12 milyard dolları gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.