Mobil telefon

“Galaxy Note 7” sahibinin əlində partladı

29 Sentyabr 2016 08:11
1 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni istehsal olunmuş "Samsung Galaxy Note 7" smartfonu öz sahibinin əlində partlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  yeni partiyadan olan smartfon satın alındıqdan sonra heç 1 sutka keçmədən partlayaraq yanıb. Nəticədə smartfonun sahibi, Çindən olan 25 yaşlı Xey Renci yanıq xəsarətləri alıb. Partlayış nəticəsində onun "MacBook"u da zərər görüb.
 
İstehsalçı şirkətin təmsilçiləri hadisədən sonra X. Rencinin yanına gəliblər. Onlar yanmış smartfonu yenisi ilə dəyişdirməyi təklif ediblər, lakin çinli bundan imtina edib. O, problemə ictimai diqqət cəlb etmək niyyətindədir. "Samsung" isə partlayan cihazı alaraq ciddi araşdırma aparmaq istəyir.
 
Xatırladaq ki, "Galaxi Note 7" satışa çıxdıqdan bəri bu smartfonların partlaması və öz-özünə alışması ilə bağlı çoxlu sayda hadisə baş verib. Rəsmi məlumata görə, "Note 7" smartfonlarındakı partlayış və alışmanın səbəbi batareyalardakı qüsurla əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.