Mobil telefon

Mobil telefon alanlar artır

29 Sentyabr 2016 08:58
1 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CCS Insight" analitiklərinin mobil telefon bazarı ilə bağlı məlumatları sözügedən sahənin yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə qlobal mobil telefon tədarükünün həcmi 2 milyard ətrafında olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2016-cı ildə ötənilki səviyyə ilə müqayisədə tədarük həcminin 1.3% azalması gözlənilir. Çin istisna olmaqla əksər dünya bazarlarında mürəkkəb vəziyyət müşahidə olunacaq.

Sözügedən analitik şirkətin məlumatına görə, smartfonlar mobil sahənin hərəkətverici qüvvəsidir. Analitiklərin qiymətləndirməsinə görə, cari il bazara 1.42 milyon smartfon tədarük ediləcək ki, bu da 2015-ci illə müqayisədə 4.1% daha yüksəkdir. 2016-cı ildə mobil telefonların ümumi tədarük həcminin 75%-i smartfonların payına düşəcək və 2020-ci ilə bu göstərici 90%-ə yaxınlaşacaq.

"CCS Insight" şirkətinin proqnozuna əsasən, "LTE" texnologiyası çox sürətlə tətbiq ediləcək. 2016-cı ildə "LTE" texnologiyasını dəstəkləyən 1.11 milyard mobil telefonun buraxılacağı gözlənilir və 2020-ci ildə bu göstərici 1.65 milyard təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.