Mobil telefon

“Microsoft” da “Twitter”ə müştəri çıxdı

27 Sentyabr 2016 21:05
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası "Twitter" xidmətinin əldə edilməsi imkanlarını nəzərdən keçirir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı öz mənbələrinə istinadən məlumat verib.  

Qeyd olunur ki, rəsmi razılıq haqqında növbəti 30-45 gün ərzində məlumat verilə bilər.

Bundan öncə bildirilirdi ki, "Salesforce" proqram təminatı tərtibatçısı və digər şirkətlər "Twitter"i əldə etmək məqsədilə saziş əldə olunması üçün 16 milyard dollar ödəməyə hazırdır.

"Twitter" şirkətin satışı ilə bağlı bir sıra texnoloji və media şirkətləri ilə danışıqlar aparır. Potensial alıcılar arasında "Google" və "Salesforce.com" şirkətlərinin adları çəkilir. Həmçinin bildirilib ki, "Walt Disney Co." şirkəti də "Twitter" almaq imkanlarını nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.