Mobil telefon

Rusiyada bir gündə 10 mindən çox “iPhone 7” satıldı

27 Sentyabr 2016 08:35
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi satışların başladığı ilk gündə Rusiyada 10 mindən artıq "iPhone 7" və "iPhone 7 Plus" smartfonu satılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Mail.Ru Group"un məlumatında deyilir.  
 
Ön sifarişlərin sayı 20 min ədəd təşkil edib. Bunlardan yarısından bir az çoxu riteyllər, qalanları isə operatorlar tərəfindən verilib. Ancaq sifarişlərin sayı gətirilən cihazların ilk partiyası ilə üst-üstə düşməyib.
 
"Sifarişçilərin əksəriyyəti smartfonları əldə edə bilməyib və gələn həftə növbəti partiyanın gəlməsini gözləməli olacaqlar", - deyə "Hi-Tech Mail.Ru" layihəsinin strateji kommunikasiyalar üzrə rəhbəri Anton Spiridonov bildirib. Layihənin məlumatına görə, "iPhone 7"nin sentyabrın 16-da başlayan ümumdünya satışları zamanı Rusiyaya 100 ədəd qeyri-rəsmi telefon gətirilib. İstirahət günləri bu rəqəm min ədədi keçib.
 
Xatırladaq ki, "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Rusiyada rəsmi satışlarına sentyabrın 23-də başlanıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.