Mobil telefon

“İnstagram”da 500 min şirkət reklam verir

27 Sentyabr 2016 08:49
1 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnstagram" sosial şəbəkəsinin aylıq aktiv reklam verənlərinin sayı 500 min şirkəti keçib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son 6 ay ərzində bu göstərici 2 dəfədən artıq artıb.
 
"İnstagram"ın əməliyyatlar üzrə direktoru Marn Levin bildirib ki, saytda "İndi əldə et" düyməsinin tətbiqindən sonra reklam olduqca tələbatlı olub. Nəticədə istənilən ölkədən məhsul sifariş etmək imkanı yaranıb. Bu sahədə ABŞ, Kanada, Braziliya, Böyük Braziliya və Avstraliya liderlik edir. Əsasən reklam yerləşdirilməsi xidmətindən kiçik biznesin nümayəndələri yararlanırlar.
 
Hazırda resursda qeydiyyatdan keçən istifadəçilərin sayı yarım milyard nəfərə çatıb. Onların yarısından çoxu əlavədən gündəlik olaraq istifadə edirlər.
 
"İnstagram"da reklamın işə düşməsi funksiyası bir il öncə fəaliyyətə başlayıb. Hazırda xidmətdən daha çox maliyyə xidmətləri, internet ticarəti, riteyl, əyləncə və texnologiya xidmətləri göstərən şirkətlər istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.