Mobil telefon

Rusiya öz “iPhone”unu buraxacaq

24 Sentyabr 2016 08:31
1 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Roselektronika" holdinqi 2018-ci ildə "iPhone" ilə eyni keyfiyyətdə, daha ucuz smartfon istehsal etmək niyyətindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Roselektronika" Səhmdar Cəmiyyətinin rəhbəri İqor Kozlov açıqlama verib. "2018-ci ildə bizim öz milli "İphone"umuz olacaq, qiyməti də 130 dollara yaxın", - deyə o, söyləyib.
 
İ. Kozlov smartfonun dizaynı və texniki xüsusiyyətləri haqda məlumat verməyib.
 
Qeyd edək ki, "Roselektronika" SC "Rostex" dövlət korporasiyasına daxildir. "Rostex"dən hələlik bu məsələyə dair şərh verməyiblər. "Roselektronika" daha əvvəl də yerli smartfon və planşetlər hazırlamaq niyyətini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.