Mobil telefon

Türkiyədən “Apple”-ə rəsmi dəvət

1 Sentyabr 2016 08:31
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının "Apple" korporasiyasına 13 milyard avro cəza kəsməsinə Türkiyədən maraqlı reaksiya gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Mehmet Şimşək "Apple" şirkətini ölkəsinə dəvət edib. O, "Apple"a vergi güzəştləri vəd edib: ""Apple" Türkiyəyə daşınmalıdır. Avropa İttifaqının bürokratiyası ilə məşğul olmadan daha əliaçıq vergi güzəştləri təmin etməkdən xoşbəxt olarıq".
 
Qeyd edək ki, bu gün Avropa Komissiyası ABŞ-ın "Apple" korporasiyasının İrlandiya dövlətinə 13 milyard avro təzminat ödəməsi barədə qərar qəbul edib. Komissiyanın qərarında bildirilir ki, İrlandiya "Apple"a qanunsuz olaraq vergi güzəştləri verib və indi ABŞ şirkəti ödəmədiyi miqdarı - 13 milyard avronu ödəmək məcburiyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.