Mobil telefon

Satılan mal geri qaytarılmır

28 Avqust 2016 22:40
0 Şərh     Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil telefonunuzdan nə qədər məmnunsunuz?

Yaxşı, indi telefonu aldığınız günə geri qayıdaq. Mobil telefonunuzu almazdan 10 dəqiqə əvvəl mi yoxsa aldıqdan 10 dəqiqə sonra mı daha müsbət fikirləriniz var idi?

Bir qrup alim, qərardan əvvəl və sonra ilə bağlı bir tədqiqat aparıblar. Bunun üçün texnologiya dükanları ya da hazır geyim dükanlarına yox, at yarışlarının keçirildiyi hipodroma üz tutmuşdular. Əlbəttə söhbət atların verdiyi qərarlardan getmir, at yarışı həvəskarlarının verdiyi qərarlardan gedir.

Milli.Az technote.az-a istinadən bildirir ki, tədqiqatçılar 2 dollarlıq mərc oynamağa gedənlərə, atlarının qazanacağından nə qədər əmin olduqlarını soruşdular. Yenə eyni sualı 2 dollarlıq mərcləri yatırdıqdan sonra oyuna baxmağa gedənlərdən də soruşdular.

Pulunu yatırmış olanların hardasa hamısı, hələki sıra gözləyənlərə nisbətlə, mərc oynadıqları atın qazanmaq şansını daha yüksək görürdülər.

Bir neçə dəqiqə içində nə baş vermişdi ki, bu insanlar qərarlarından bu qədər əmin olmuşdular? Sadə dillə desək, bir qərar nə qədər qalıcı və dəyişdirilə bilinməyəcəkdirsə, məmnuniyyət duymağa olan tələbimiz də bir o qədər artar.

Çünki insanlar, yəni sən, mən, hamımız, qərarlarımız barədə özümüzü daha yaxşı hiss etmək üçün seçimlərimizin ola biləcək pis tərəflərini göz ardı edirik. Yaxşı tərəflərini isə lazım olduğundan daha çox qabardırıq.

Bəs elədirsə, "alınan məhsul geri qaytarılmır" strategiyası firmalara zərər verir mi? Bəli, əlbəttə. Yox, dəli olmamışam. Eyni şey biz müştəriləri də narahat edir. Bu bir növ "müştəri itirmək" müqaviləsi kimidir.

Satılan mal geri qaytarılmır ifadəsi əslində bir məmnuniyyət qaydasıdır.

Dünyanın bir çox yerində Starbucks (Azərbaycanda olanı ziyarət etməmişəm - bilmirəm) , içkinizi bəyənməsəniz dəyişdirə bilmək imkanı verir.

"Dadını bəyənmədiniz? Bəli, bu içki çox tünddür, zəhmət olmasa dəyişdirin."

Ya dəyişdirmək imkanınız olmasa idi?

"Tamam, qəbul edirəm biraz tünddür amma özümə gələ bilməyimə kömək etdi" - kimi bəhanələrlə özünüzü məmnun etməyə çalışacaqsınız. Halbuki dəyişdirmə şansınız olduqda buna heç ehtiyac duymayacaqsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.