Mobil telefon

İsrail kəşfiyyatı iPhone-ları izləyir - DİQQƏTLİ OLUN - FOTO

26 Avqust 2016 10:05
6 Şərh     Baxış: 3 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə elektron müşahidə və güdmə üçün kompüter proqramları istehsal edən "NSO Group" ABŞ-ın Apple korporasiyasının istehsal etdiyi iPhone smartfonlarının çalışdığı iOS əməliyyat sistemində "dəlik"lər aşkarlayıb.

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, bu "dəlik"lər iPhone sahibindən tam xəbərsiz olaraq onu izləməyə və güdməyə imkan verir.
NSO-nun istehsal etdiyi proqramlar iPhone-da SMS-ləri, messencer proqramları vasitəsilə yazışmaları, elektron poçtu izləməyə, zənglər və kontaktlar barədə məlumatlar əldə etməyə imkan verir. Bu proqramlar vasitəsilə hətta telefon zənglərinin gizli audioyazılarına nail olmaq, parolların surətini çıxarmaq, telefon sahibinin koordinatlarını müəyyənləşdirmək olar.

Proqram habelə iPhone smartfonlarındakı iMessage, Gmail, Viber, Facebook, WhatsApp, Telegram və Skype vasitəsilə yazışmalar, zənglər, yollanan və alınan fayllarla bağlı müfəssəl məlumatları əldə edir.
NSO Group şirkətinin banisi və sahibi İsrailin kəşfiyyat strukturları ilə çox sıx əlaqələri olan Omri Lavidir.

İsrail kəşfiyyatının da yararlandığının əsla istisna edilmədiyi casus proqramlarını informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Lookout Mobile Security" və "Citizen Lab" şirkətləri aşkarlayıblar.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.