Mobil telefon

İnsanın əhval-ruhiyyəsini yüksəldən əlavə

29 İyul 2016 20:40
2 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazel Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsini yüksəltməyə imkan verən unikal əlavə hazırlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, proqram 5 dəqiqəlik videodərslərin toplusudur.
 
Bu dərslərə baxanlar daha diqqətli, sakit və rahat olurlar. 27 nəfərin qatıldığı tədqiqatdan sonra alimlər bildiriblər ki, pasiyentlərin psixoloji durumunun yaxşılaşdırılması üçün müasir kommunikasiya texnologiyalarından istifadə etmək məqsədəuyğundur. Eksperiment "Mobil sağlamlıq" və ya "mSağlamlıq" proqramı çərçivəsində keçirilib.
 
İştirakçılar videodərslərdən sonra öz əhval-ruhiyyələrini 1-6 şkalası üzrə qiymətləndiriblər. Müşahidələr göstərib ki, eksperimentə qatılanların əhval-ruhiyyəsi bir neçə həftə ərzində yüksək səviyyədə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.