Mobil telefon

Gülərüz bir sima sizi necə kədərli edə bilər?

28 Fevral 2015 23:24
0 Şərh     Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti müxtəlif irqlərdən olan emojilərin istifadəsinə hazırlaşır - kiçik karikatur insanlar indi altı fərqli dəri rəngində olacaq. Lakin sizdən gizlin xərclər, bu kiçik karikatur insanlardan istifadə edərkən kədərli sifət alacağınız mənasına gələ bilərmi?
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Apple ittihamlara cavab olaraq bildirib ki, mövcud olan emojilər yetərincə müxtəlifliyi nümayiş etdirmir.

Apple şirkəti bu həftə yeni silsilə emojiləri buraxmaqla, qısa mesaj proqramlarda istifadə etmək üçün mövcud emojilərə daha çox etnik rəngarənglik qatmış olacaq.

İlkin olaraq sınaqçıların istifadəsi üçün mövcud olan son çeşid emojilər, "Simpsonlara" bənzər həmişəki açıq sarısı ilə yanaşı, beş müxtəlif dəri rənginə malikdir.

Bundan əvvəl mövcüd fərqli insan simalarını əks etdirən obrazlar sadəcə ağ dərili idi. Onlardan yalnız ikisi asiyalıdır. Qara dərili sifət isə heç yox idi.

Digər yenilik isə eynicinsli əlaqədə olan emojilərdir. Məsələn, iki ana və iki atanın olduğu ailələr. Bütövlükə isə 300 yeni emoji obrazı əlavə olunacaq.

Sözügedən yeni emojilər, Apple şirkətinə olan çağırışın ardından gəlir. Onlayn müraciətdə şirkətin klaviaturasına azlıqları təmsil edən emojilərin əlavə olunması istənilir. Rəsmi buraxılış isə yaxın gələcəkdə gözlənilir.
 

Lakin yeni, daha təmsilçi çeşidlərin olmasına baxmayaraq, emoji dünyasında hər şey gülərüz deyil.
 

Təsvir problemi

Britaniyadakı istehlakçılar emojilərdən istifadə etdikləri üçün gözlənilməz rüsumlardan şikayətləniblər.

Məsələ burasındadır ki, bəzi telefonlar bu cür işarələri təsvir kimi qəbul edir və istifadəçidən şəkil və ya MMS mesajı rüsumunu tutur. Bu isə Britaniyadakı istifadəçiyə 60 ABŞ sentinə başa gələ bilər.
 

Görünür zərər çəkən telefonlar köhnə modellərdir. Bunların arasında bəzi Samsung və Apple telefonları da var.
 

Yüksək rüsumlar
 

Şotlandiyada bir qadın qısa mesaja emojilər əlavə etdiyi üçün ümumilikdə 1800 dollardan çox ödədiyini iddia edir.

Paula Cochrane Daily Record qəzetinə bildirib ki, onun göndərdiyi emojilərə görə şəkil mesajı kimi rüsum tutulmasından heç xəbəri olmayıb. O, provayderinə şikayət edib, hansı ki, məsələnin telefonundakı tərtiblərlə bağlı olduğunu, bunun şəbəkə deyil, istehsal problemi olduğunu bildirib.

"Biz istifadəçilərimizdən çoxlu şikayət almışıq. Onlar qısa mesaj göndərdiklərini zənn edərək yüksək rüsum ödəməli olublar", MoneySavingExpert.com məsləhət saytının redaktoru Guy Anker bildirib.
 

Bəs bu problemdən necə yayınmaq olarʔ Dünyanın harasında olursunuz olun, atacağınız birinci addım mobil operatorlarınızın rüsumlarını diqqətlə yoxlamaqdır. Əmin olmaq lazımdır ki, sizdən yalnışlıqla şəkil və ya MMS mesajı rüsumu tutulmayıb.
 

Lakin cənab Anker hesab edir ki, operatorlar da üzərlərinə müəyyən cavabdehlik götürməlidir.
 

"Niyə axı qısa mesaj göndərən birisi bunun şəkilli mesaj ola biləcəyini düşünməlidir?" Bir çox insanlar müqviləsinə əsasən limitsiz qısa mesaj göndərə bilər. Lakin bu, şəkilli mesajlara aid olmaya bilər, Anker əlavə edib.
 

Cənab Anker istifadəçilərə məsləhət bilib ki, hesablarını mütəmadi oalarq yoxlasınlar və eyni zamanda, iMessage (hansı ki, bir Apple cihazından digərinə pulsuzdur) və ya WhatsApp kimi pulsuz mesaj xidmətlərindən istifadəni nəzərdən keçirsinlər.
 

Müştərinin smartfonundakı əlaqələr listinə bağlı olan Facebook telefon tətbiqi kimi, bəzi proqramlar da MMS rüsumlarına məruz qala bilər.
 

Digər risklər
 

Lakin istehlakçılar həmçinin, şəkilli mesajla bağlı gizli xərclərdən də ehtiyatlı olmalıdırlar.
 

Telefon və provayderinizdən asılı olaraq, eyni zamanda, bir nəfərdən çox şəxsə qısa mesaj gördərsəniz, sizdən şəkilli mesaj rüsumu tutula bilər. Göndərdiyiniz mesajda işarələr, simvollar və ya elektron ünvan olduğu halda da bu hal baş verə bilər.
 

Müştərinin smartfonundakı əlaqələr listinə bağlı olan Facebook telefon tətbiqi kimi, bəzi proqramlar da MMS rüsumlarına məruz qala bilər.

Artan çeşidlər arasından hansı emojini istifadə edirsiz edin, gərək gözlədiyinizdən daha artıq ödəmədiyinizə əmin olasız. Əgər üzünüzdəki gülüşü qorumaq istəyirsinizsə.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.