Mobil telefon

Smartfon insana necə təsir edir?

29 Dekabr 2015 21:10
1 Şərh     Baxış: 14 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfonlar, fabletlər, planşetlər - miniatür kompüterlər sürətlə həyatımıza inteqrasiya edir. Elə bu səbəbdəndir ki, alimlər bu qurğuların insanın fiziki və psixi sağlamlığına təsirinin hərtərəfli tədqiqinə başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Harvard Universitetinin professoru Emi Kaddi "The New York Times" üçün yazdığı məqaləsində qeyd edib ki, gözünü smartfonun displeyindən ayıra bilməyən insanların beli tədricən əyilə bilər. Belə vəziyyət boyun nahiyəsinə əlavə yük yaradaraq müxtəlif xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Orta çəkili insanlarda başın mailliyi 30 dərəcə olduqda boyun nahiyəsinə təxminən 18 kq, 60 dərəcədə isə 27 kq əlavə yük düşür.
 
Belə duruş yalnız fiziki deyil, həm də psixi vəziyyətə təsir edir: Kaddinin sözlərinə görə, belə duruş forması yalnız neqativ vəziyyəti əks etdirmir, həm də onu yaradır. Alim elmi işlərə istinad edərək bildirib ki, bükülmüş bel forması insanın əhval-ruhiyyəsinin pisləşməsinə, yaddaşının zəifləməsinə səbəb olur.
 
"Biz işin səmərəliliyini və yaşayış keyfiyyətini yüksəltmək məqsədilə gün ərzində mobil qurğulardan bir neçə saat istifadə edirik, ancaq bu cihazlarla belə sıx qarşılıqlı əlaqə tamamilə əks-təsir göstərir" - deyə Kaddi yazır.
 
Alim qeyd edir ki, smartfondan istifadə zamanı bədənin vəziyyətinə diqqət yetirmək lazımdır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.