Mobil telefon

Windows uduzur

3 Oktyabr 2015 20:20
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gartner analitiklərinin proqnozuna görə, 2017-ci ilə Windows platforması populyarlığına görə kompüter bazarında üçüncü əməliyyat sistemi olacaq. 

Ekspertlərin proqnozuna görə, Apple şirkətinin iOS və OS X platformaları tezliklə ikinci pilləyə yüksələcək. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Gartnerin qiymətləndirməsinə əsasən, 2015-ci ildə 308 milyon qurğu və ya 2,4 milyard ədəd səviyyəsində proqnozlaşdırılan tədarük həcminin 12,9 faizi Windows sistemi ilə işləyəcək. Cihazların təxminən 80 faizini smartfonlar təşkil edəcək və əksəriyyəti Googleun Android mobil əməliyyat sistemi ilə işləyəcək. 
 
Sözügedən analitik şirkətin nümayəndələri hesab edirlər ki, 2015-ci ildə 298 milyon qurğu və ya bazara tədarük edilmiş kompüter cihazlarının 12,4 faizi iOS/OS X platformaları ilə işləyəcək. Bir il sonra Apple elektronikasının tədarük həcmi 326,6 milyona yaxınlaşacaq. 
 
Bununla belə, Microsoft və Appleın əməliyyat sistemləri Android  sistemindən çox geri qalacaq. 2017-ci ildə Googleun ƏS ilə işləyən qurğuların tədarükü 1,6 milyarda çatacaq. Müqayisə üçün, 2015-ci ildə bu göstərici 1,3 milyard səviyyəsində gözlənilir. 
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.