Mobil telefon

HTC ağır böhrana dühüb

20 Avqust 2015 21:20
2 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə cəhətdən pis dövr yaşayan Tayvanın HTC şirkəti vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atır. Şirkət ilk addım kimi cari ilin son rübündə işçilərin ixtisarına başlayacaq və personalı təxminən 15% və ya 2 250 nəfər azaldacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, son məlumatlarda isə tədbirlərin yalnız ixtisarla bitməyəcəyini və istehsalçının 2009-ci ildə qurduğu istehsal mərkəzini satmağa hazırlaşdığı qeyd olunub.
HTC-nin müvəffəqiyyətli satışa başladığı dövrdə qurulan 150 kv. metrlik fabrik təxminən 32,2 mln. dollarlıq bir sərmayə tələb edirdi. 2010-ci ildə satışın yüksəlməsi istehsalın iki qat artmasına səbəb olub. Lakin istehsal imkanları "Samsung" və "Apple" kimi brendlərlə müqayisədə hələ də olduqca geri qalır. Digər tərəfdən, Çində aşağı qiymətli telefon istehsalçıları da olduqca müvəffəqiyyətli satış həyata keçirir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.