Mobil telefon

Şəffaf smartfon göstərildi

18 Avqust 2015 22:20
0 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəyin smartfonları 5G, 3D kameralar, çox möhkəm qrafen korpuslarla təchiz edilə bilər. Ötən həftə Çində şəffaf korpusla təchiz edilmiş smartfon nümayiş etdirilib. 

Hələ ki yalnız prototip şəklində mövcud olan qurğunu Lenovo şirkəti tərəfindən maliyyələşdirilən yeni ZUK şirkəti nümayiş etdirib.
 
Milli.Az İCTnews-a istinadən bildirir ki, bu həftə ZUK şirkətinin təqdim etdiyi Z1 smartfonu tezliklə satışa çıxarılacaq. Qurğu 5,5 düymlük Full HD formatlı ekran, 3 QB əməli yaddaş, Qualcomm Snapdragon 801 prosessoru və ənənəvi microUSB əvəzinə USB Type C portu ilə təchiz edilib.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.