Mobil telefon

Alcatel ucuz smartfon hazırlayıb

4 Avqust 2015 23:10
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alcatel ticarət markası OneTouch Conquest ucuz modelini təqdim etməklə smartfon çeşidini genişləndirib. Yeni cihaz dördüncü nəsil şəbəkəsini dəstəkləyir, su və toza qarşı dayanıqlıdır. 

Milli.A. ICTnews-a istinadən bildirir ki, Alcatel OneTouch Conquest smartfonu IP67 standartı üzrə sertifikatlaşdırılıb. Belə ki,  qurğu 30 dəqiqə ərzində bir metr dərinliyində suda qala bilir.

Yeni qurğu 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon prosessoru ilə təchiz edilib və Android 5.0 Lollipop mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekrana və Dragontrail Glass qoruyucu şüşəsinə malikdir.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Məzmunu, həmçinin 32 QB tutumunda microSD daşıyıcılarında yadda saxlamaq olar. Əsas kamera 5 meqapiksellik təsvir sensoru, avtofokus və işıq diodu işıqlandırıcısına malikdir. Ön fotomodul 2 meqapiksellik matrisə malikdir.
 
Cihazın fiziki ölçüləri 141x72,3x9 mm, çəkisi 140 qramdır. Bundan başqa, telefon 2500 milliamper/saat tutumunda akkumulyator və GPS, LTE, Wi-Fi və Bluetooth simsiz rabitə modulları ilə təchiz edilib.
 
130 dollar məbləğində Alcatel OneTouch Conquest smartfonunun satışına artıq başlanılıb.
 
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.