Mobil telefon

Nar-ın dəstəklədiyi komanda Azərbaycanı uğurla təmsil etdi

3 Avqust 2015 12:15
1 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman yenilik və innovativ dəyişiklikləri alqışlayan "Nar"ın dəstək verdiyi daha bir layihə uğurla başa çatdı. Mobil operatorun Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı və "Microsoft Azerbaijan" şirkəti ilə birgə start verdiyi "Microsoft Imagine Cup" innovasiya yarışının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş "NoObs" komandası Azərbaycanı ABŞ-ın Siettl şəhərində təşkil edilmiş sonuncu - final mərhələsində də uğurla təmsil etdi. 

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə idi ki, təmsil olunurdu. Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət "NoObs" komandasının bu mötəbər müsabiqənin "İnnovasiyalar" kateqoriyası üzrə təqdim etdiyi "Spinal" layihəsi yüksək qiymətləndirilərək 2-ci yerə layiq görüldü. Windows Phone 8 əməliyyat sistemli telefonlar əsasında və Bluetooth sensorlardan ibarət layihənin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. "Microsoft Imagine Cup 2015" kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi "Microsoft" şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edildi.   

Müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək "Microsoft Windows" oyun platformalarında tətbiq etmək, innovativ proqram layihəsi təqdim etmək və yaxud "Microsoft" texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazım idi. 

Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır. İntellekt və zəkanın ön plana çıxdığı bu kimi intellektual müsabiqələrə dəstək verilməsi elm və təhsilə, tərəqqi və innovasiyalara hər zaman xüsusi önəm verən "Nar"ın prioritetidir. 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.