Mobil telefon

Çin şirkəti liderlər arasında

1 Avqust 2015 19:55
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Strategy Analytics tədqiqat şirkətinin məlumatına əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin ikinci rübündə mobil telefonların tədarükü 2 faiz artaraq 434,6 milyon təşkil edib. Ötən rüb tədarük edilmiş 10 telefonun 8-i smartfon sinfinə məxsus olub.

Ekspertlər diqqət yetirib ki, qeydə alınmış 2 faizlik artım son iki ildə sözügedən bazarda ən zəif nəticədir. Çin, Avropa və ABŞ-da mobil telefonlara tələbatın azalması buna səbəb kimi göstərilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil telefon bazarının lideri Samsung şirkətində aparatların tədarük həcmi 7 faiz azalıb ki, bu da sözügedən seqmentin 20,5 faizi deməkdir.

Apple korporasiyası aprel-iyunda bu bazarın 10.9 faizinə nəzarət edib.

Çinin Huawei şirkəti çox gözəl nəticə nümayiş etdirib. Bu şirkətin bazar payı təxminən iki dəfə artaraq 7 faizə yaxınlaşıb. Huawei 30,6 milyon mobil telefon tədarük edib və ilk dəfə bu göstərici üzrə dünyada üçüncü pilləni tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.