Mobil telefon

Saxta iPhone buraxan zavod bağlandı

28 İyul 2015 23:05
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində 40 mindən çox iPhone smartfonu buraxmış gizli fabriklə əlbir olmaqda şübhəli bilinən 9 nəfər həbs edilib. 

Məlumatda deyilir ki, gizli istehsalda yüzlərlə işçi çalışıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən fabrik hələ mayın 14-də aşkarlanıb, ancaq Çinin İctimai Təhlükəsizlik Bürosu yalnız ötən bazar günü sosial şəbəkələrdə keçirilmiş əməliyyat haqqında məlumat verib.
 
Saxta smartfonların istehsalına yanvarda başlanılıb.
Pekin hakimiyyəti nümayəndəsi bildirib ki, gizli fabrikə ər-arvad rəhbərlik edib və saxta iPhone smartfonlarının quraşdırılması Çinin paytaxtının şimalında həyata keçirilib.
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.