Mobil telefon

90 gün "acmayan" telefon göstərildi

25 İyul 2015 20:45
0 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

90 gün müddətində şarjsız işləyə biləcək kiçik ölçülü telefon istehsal ediləcək.

Bu unikal telefonun isthesalı üçün lazımı vəsait Kickstarter sistemi vasitəsi ilə  toplanılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Janus One 1500 milliamper/saat tutumlu batareya ilə təchiz edilib, bu halda qurğu enerji sərf edən funksiyaların əksəriyyətindən məhrum edilib. Belə ki aparat kiçik OLED ekran, klaviatura, Bluetooth 3.0 modulu, G-sensor ilə təchiz edilib.

Bundan başqa, telefon micro-SIM kartından istifadə edərək yalnız GSM şəbəkələrində işləyə bilər.
 
Qurğunun qiyməti 69 dollar təşkil edir.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.