Mobil telefon

Smartfonlar bazarı "şişir"

25 İyul 2015 22:15
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IDC analitik şirkətinin ilkin qiymətləndirməsinə görə, 2015-ci ilin ikinci rübündə istehsalçılar tərəfindən dünyada 337,2 milyon smartfon tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövründən 11,6 faiz çoxdur.

Mütəxəssislərin sözlərinə görə, artım əksər inkişaf etməkdə olan ölkələrdə tələbatın yüksək olması sayəsində mümkün olub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, dünya mobil telefonlar, o cümlədən smartfonlar bazarının həcmi aprel-iyunda 464,6 milyon ədəd təşkil etməklə ötənilki 466,3 milyon ədədlik göstəriciyə nisbətdə 0,4 faiz azalıb.
 
Tədqiqatda istehsalçılar arasında qüvvələr nisbəti ilə bağlı məlumatlar da yer alıb. Siyahıda birinci yeri əvvəllər olduğu kimi Samsung şirkəti tutur, halbuki o reytinqdə illik ifadədə tədarükü azalan yeganə şirkətdir.
 
Cari ilin aprel-iyununda Cənubi Koreya istehsalçısı 73,2 milyon smartfon tədarük edib ki, bu da 21,7 faizlik paya bərabərdir. Bir il əvvəl Samsung-un göstəriciləri müvafiq olaraq 74,9 milyon və 24,8 faiz səviyyəsində olub. Tədarükdə qıtlığa görə qabaqcıl Galaxy S6 və Galaxy S6 edge modelləri birmənalı nəticələr nümayiş etdirməyib, lakin Galaxy ailəsindən olan digər qurğular şirkətin elan etdiyi endirimlər sayəsində yaxşı satılıb.
 
47,5 milyon iPhone satan Apple şirkəti tədarük həcmini 34,9 faiz genişləndirib. Şirkətin qurğularının, xüsusilə nisbətən böyükölçülü iPhone 6 Plus modelinin Çində yüksək populyarlığı fonunda ABŞ istehsalçısının bazar payı 11,7 faizdən 14,1 faizədək artıb.
 
Çinin Huawei şirkəti tədarükü 48 faiz artırmaqla üçüncü yeri tutub. Buna şirkətin smartfonlarının Avropa və Çinin daxili bazarında uğurla satılması zəmin edib. Çin istehsalçısı 29,9 milyon aparat tədarük etməklə 8,9 faizlik paya sahib çıxıb. Bir il əvvəl Huawei-in göstəriciləri müvafiq olaraq 20,2 milyon və 6,7 faizə bərabər olub.
 
Mi Note və Redmi 2 smartfonlarının Çində populyarlığı Xiaomi şirkətinə 17,9 milyon tədarük və 45,3 faizlik payla smartfon istehsalçıları arasında dördüncü yerə layiq olmağa kömək edib. Ötən illə müqayisədə şirkətin nəticələrin 29,7 faiz və 0,7 faiz bənd artıb.
 
Liderlər beşliyini 16,2 milyon (+2,4 faiz) smartfon tədarükü və ya 4,2 faizlik ümumi bazar göstəricisi ilə digər Çin istehsalçısı Lenovo şirkəti tamamlayıb. Ekspertlər qeyd edib ki, Lenovo qurğuları təkcə Çində deyil, həm də Hindistan kimi əksər inkişaf etməkdə olan ölkələrdə yaxşı satılır. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.