Mobil telefon

Ucuz edib 500 milyona çatdıracaqlar

23 İyul 2015 23:45
0 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Internet and Mobile Association of India (IAMAI) və KPMG-nin yeni tədqiqatına əsasən, ucuz smartfonlar və 2G abunəsi yaxın 2 ildə Hindistanda internetdən istifadə artımını stimullaşdırmağa davam edəcək.

IAMAI-KPMG hesab edir ki, 2017-ci ilədək Hindistanda 500 milyondan çox internet istifadəçisi (ölkənin ümumi əhalisinin sayı 1,25 milyarddır) olacaq. Hazırda bu göstərici yalnız 350 milyon təşkil edir. Hesabat məlumatlarına əsasən, iki ildə mobil internet istifadəçilərinin sayı 314 milyona yaxınlaşacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Hindistan internet istifadəçilərinin sayına görə Çindən sonra dünyanın ikinci ölkəsi olsa da, internetin nüfuzetməsi üzrə bu ölkənin göstəricisi 19 faiz təşkil edir.

Hesabata əsasən, Hindistanın 905 milyon sakini kəndlərdə yaşayır və bu gün ölkə əhalisinin 6,7 faizi (61 milyon nəfər) müntəzəm olaraq internetdən istifadə edir. Əhalinin təxminən 4,4 faizi smartfonlardan internetə daxil olur ki, bu da 2012-ci illə müqayisədə 0.4 faiz yüksəkdir. Smartfon və ya fərdi kompüterlərə malik olmayan insanlar kompüter klubları və ya kiber-kafe xidmətlərdən istifadə edir. Ancaq tezliklə bu vəziyyət dəyişəcək, çünki ucuz Android qurğu istehsalçıları Hindistanı əsas satış bazarı kimi seçirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.