Mobil telefon

İki mobil operatora 1 milyonluq cərimə

4 İyul 2015 20:20
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın iri mobil operatoru "EE" şirkəti abunəçilərin şikayətlərinin qəbulu qaydalarını pozmasına görə 1 milyon funt-sterlinq (1,5 milyon dollar) cərimə olunub. 

Britaniyanın "Ofcom" tənzimləyici orqanının nümayəndəsinin sözlərinə görə, operator bir sıra abunəçilərini onların şirkətin xidmətlərindən razı olmadığı halda üçüncü instansiyaya müraciət etmək hüququna malik olması barədə məlumatlandırmayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ölkədə qüvvədə olan qanunvericiliyə görə, operator abunəçilərə yazılı şəkildə onların bu hüquqa malik olmasını bildirməli olduğu halda "EE" 2011-2014-cü illərdə bunu etməyib.
 
Britaniyanın mobil rabitə operatorlarının bütün abunəçiləri "ADR" (Alternative Dispute Resolution) proqramı çərçivəsində operatorlardan pulsuz şikayət etmək hüququna malikdirlər.
 
Şikayətlər abunəçi və operator arasında olan mübahisəni həll edən müstəqil instansiyaya göndərilir. Ölkədə fəaliyyət göstərən mobil şirkətlərin proqramda iştirakı mütləqdir.  
 
"EE" Böyük Britaniyada 27 milyona yaxın abunəçiyə xidmət göstərən böyük telekommunikasiya şirkətidir. Qərara əsasən, operatora cərimənin ödənilməsinə görə 20 gün vaxt verilib.   
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.