Mobil telefon

Dünyanın smartfon "div"ləri - REYTİNQ

30 İyun 2015 22:45
0 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IDC" analitik şirkəti 2015-ci ilin birinci rübünün yekunları üzrə dünyanın on iri smartfon istehsalçısının adını açıqlayıb. Məlumatda söhbət mobil qurğuların yığılmasını kənar istehsalçılara sifariş verənlərdən deyil, şəxsi zavodlara malik şirkətlərdən gedir.

Milli.Az ICTnews-a istinadən bildirir ki,   ilk onluğa Tayvanın "Foxconn", "Pegatron" və "Inventec, Çinin "Huaqin", "Oppo", "Coolpad" və "Wingtech", Sinqapurun "Flextronics", eləcə də Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda hansı yer tutması, həmçinin istehsal həcminin rəqəmləri barədə məlumat verilmir. 

Bildirilir ki, "Foxconn" və "Pegatron" ilk onluğa "Apple" şirkəti ilə tərəfdaşlıq, "Inventec"in isə "Xiaomi" tərəfindən sifarişlər sayəsində düşüb. Bununla yanaşı, Tayvanın "Compal", "Arima" və "Wistron" kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib. 

Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.