Mobil telefon

“Uber” rəhbərləri həbs olundu

30 İyun 2015 14:49
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə "Uber" onlayn taksi sifarişi xidmətinin iki rəhbəri nəzarət altına alınıb. Bu barədə "Le Monde" qəzeti məlumat verib. 

"Uber France" şirkətinin baş direktoru Timbo Semfal və "Uber"in Avropa üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti "UberPOP" mobil əlavəsinin fəaliyyətinin təhqiqatı çərçivəsində saxlanılıb və informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə şöbəsinin nümayəndələri tərəfindən sorğu-sual edilib.

Fransa daxili işlər naziri Bernar Kaznev Paris taksilərinin yoxlanılması üçün əlavə 200 polis nəfərinin ayrılması ilə bağlı göstəriş verib. Sürücünün müvafiq lisenziya olmadan ödənişli xidmətlər göstərməsində şübhələr yaranacağı təqdirdə maşın həbs ediləcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, prezidenti Fransua Olland "UberPop" servisinin fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qərarın qəbul edilməsini, onunla birlikdə işləyən avtomobillərin nəzarət altına götürülməsini tələb edib. B.Kaznev Paris polis rəisinə "UberPop" əlavəsinin fəaliyyətini qeyri-qanuni elan edən sərəncamın verilməsi xahişi ilə müraciət ünvanlayıb.

İyunun 24-də Parisdə və ölkənin bir neçə böyük şəhərində kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları başlayıb.

1 yanvar 2015-ci ildə Fransada lisenziya olmadan sərnişindaşımaları ilə məşğul olmağı qadağan edən qanun qüvvəyə minib. 2014-cü ilin dekabrında Fransa Ali Məhkəməsi "Uber"in fəaliyyətini qadağan etməkdən imtina edib. 

Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan "Uber" şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 41 milyard dollar dəyərində 1,2 milyard dollarlıq investisiya cəlb edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.