Mobil telefon

LG yeni smartfon təqdim etdi

25 İyun 2015 22:55
0 Şərh     Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LG şirkəti musiqi həvəskarları üçün nəzərdə tutulmuş yeni Band Play smartfonunu rəsmən elan edib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, təqdim edilmiş model 1 Vatt gücündə dinamik və QuadBeat 3 qulaqlığı ilə təchiz edilib. Bu qulaqlıqlar səsli balans və aşağı və yüksək tezliklərin daha (daha çox) dəqiq ötürülməsini yaxşılaşdırılmış təbii səslənməni təmin edən diafraqmanı aldılar.
 
LG Band Play smartfonu 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 410 prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. 5 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.

Bundan başqa, yeni smartfon lazer avtofokusa malik əsas 13 meqapiksellik kamera və 5 meqapiksellik sensorla təchiz edilmiş ön kamera, Bluetooth 4.1, Wi-Fi 802.11a/b/g/n və NFC simsiz kommunikasiya vasitələri ilə təchiz edilib.

Qurğunun fiziki ölçüləri 139,7x71,9x8,3 mm, çəkisi 126 qramdır. Qurğunun akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Cihaza Android 5.1 lollipop mobil əməliyyat sistemi quraşdırılıb.
LG Band Play smartfonunun dəyəri təxminən 360 dollardır. Model yaxın günlərdə satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.