Mobil telefon

Mobil ödənişlərdən istifadə artacaq

17 Aprel 2015 18:33
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniyanın Barclays bankının tədqiqatına görə, 2024-cü ilədək britaniyalı istifadəçilər mobil qurğular vasitəsilə hər il 53,6 milyard funt-sterlinq (71,9 milyard dollar) sərf edəcək.

Hazırda smartfon və planşet istifadəçilərinin illik xərci 9,7 milyard funt-sterlinq (14,2 milyard dollar) təşkil edir. Ekspertlərin proqnozuna görə, pərakəndə satış həcminin təxminən yarısı (42,2 faizi) mobil qurğuların köməyi ilə həyata keçiriləcək.

Tədqiqata əsasən, 2014-cü ildə pərakəndə satışın həcmi 325 milyard funt-sterlinq (476 milyard dollar) olub. Eyni zamanda növbəti beş ildə satışın 8,1 faiz artaraq 2024-cü ilədək 391 milyard funt-sterlinq (572 milyard dollar) təşkil edəcəyi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğulardan istifadənin artması ilə bağlı pərakəndə satışla məşğul olanların 46 faizi bildirib ki, bəzi satış növlərində artıq mobil qurğularla alınan malların seqmenti formalaşıb. Bundan başqa, pərakəndə satıcıların 3 faizi hesab edir ki, onların biznesində ən müasir texnologiyalardan istifadə olunur və mobil ödənişlərə tam hazırdırlar. Bununla yanaşı, pərakəndə satış nöqtələrinin 70 faizi hazırda uyğun saytdan istifadə etməməsini və mobil əlavələrə malik olmamasını qeyd edib.

Gələcək fəaliyyət planı ilə bağlı sualı cavablandıran rəyi soruşulanların üçdə bir hissəsi bildirib ki, əvvəlcədən biznesin inkişafı üçün dəqiq strategiyaya malik olub və mobil ödənişlərdən istifadəni nəzərə alıb. Bu insanlar üçün uyğun saytın hazırlanması və ödəniş funksiyalı mobil əlavələrdən istifadə prioritet hesab edilir. Bununla bərabər, respondentlərin 68 faizi konkret planlarının olmamasını vurğulayıb, - Payspacemagazine yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.