Mobil telefon

4G sürətlə genişlənir

28 May 2015 20:10
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın EE mobil operatorunun məlumatına əsasən, onun şəbəkəsində 4G trafikin həcmi 3G-ni ötüb. eMarketer tədqiqat şirkətinin məlumatına görə, bu halda 4G trafikin çox hissəsi videonun payına düşüb. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil videoya baxış sayının artımı Böyük Britaniyada 4G rabitədən istifadə tempinin artımı ilə bir vaxta düşüb.
 
Ötən ilin sentyabrında 451 Research agentliyi aşkar edib ki, 2015-ci ildə ölkədə mobil qoşulmaların 19.5 faizi 4G-nin payına düşəcək. 2018-ci ildə 4G rabitə texnologiyasının Böyük Britaniya bazarına nüfuzetmə səviyyəsi 50 faizi ötəcək.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.