Mobil telefon

Mobil biznesin qızıl dövrü bitir

26 May 2015 22:40
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil biznesin qızıl dövrü sona yaxınlaşır: operatorların gəliri getdikcə azalır, amma şəbəkə vasitəsilə ötürülən məlumatların həcmi, əksinə, astronomik sürətlə artır.

Hələ 2013-cü ildə Ovum şirkəti bu uyğunsuzluğu diqqətə alaraq hesablayıb ki, 2012-2019-cu illərdə dünyada operatorların bir istifadəçisinə düşən orta gəlir 16 faiz azalacaq, amma LTE şəbəkələrinin inkişafı hesabına trafikin həcmi 110 faiz yüksələcək. ABŞ-ın ABI Research şirkətinin ötənilki tədqiqatına əsasən, Şimali Amerika kimi bəzi regionlarda operatorlar LTE şəbəkələrindən istifadə edən abunəçilərin hesabına öz gəlirlərini artırıb. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABI Research analitikləri qeyd ediblər ki, operatorlar müştərilərə böyük fayda ilə xidmət göstərmək üçün yeni üsullar tapmalıdır. Bunu operatorların direktorları da etiraf edir. 
 
İnfrastrukturun birgə istifadəsi belə üsullardan biri ola bilər. Avropanın mobil operatorları hələ 2000-ci ilin əvvəlində bu üsula diqqət yetiriblər.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.