Mobil telefon

Whatsapp-da bu yenilik əsəbiləşdirir

23 May 2015 19:31
12 Şərh     Baxış: 5 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-ın son etdiyi yenilik insanları narazı salıb. 

Milli.Az anspress-ə istinadən bildirir ki, istifadəçilər səsli zəng xidmətini işə salan tətbiqin dizaynını dəyişməsini istəyir. Tətbiq istifadəçiləri zəng üçün nəzərədə tutulan düymənin profil şəkilinin yanında olması səbəbindən səhvə yol verirlər. 

Belə ki, insanlar fotolara baxmaq əvəzinə səhvən zəng edirlər. Məhz bu səbəblə WhatsApp istifadəçiləri səsli zəng düyməsinin yerindən məmnun deyillər. 

Yanlışlıqla zəng edən istifadəçilər sonra bu zəngi dayandırsa da, qarşı tərəfə zəng gedir. Qarşı tərəfin zəngi görməsi isə lüzumsuz ünsiyyətə səbəb olur. 

Whatsapp-ın yeni dəyişikliyin səbəb olduğu narazılıqları nəzərə alıb-almayacağı isə hələlik bilinmir. Ümid edirik ki, tətbiq son yenilənməsi ilə istifadəçilərini razı salacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.